13 yaşlı qızı maşın vurdu - Şəmkirə faciəli ölüm


13:49     13 Avqust 2017 piyada5.jpg

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 776