XİN türk kafesinə hücumu qınayır


14:36     14 Avqust 2017 1027184774.jpg

Türkiyə Burkina-Fasonun paytaxtında türk kafesinə ölümlə nəticələnən hücumu qınayır.


Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Məlumatda həmçinin bildirilir ki, Türkiyə Burkina-Fasonu terrorizmlə mübarizədə fəal şəkildə dəstəkləyir.

Qeyd edək ki, otən gün Burkina-Fasoda "İstanbul" kafesinə silahlı hücum olub. XİN-in yaydığı məlumata görə, insident nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərdən 1 nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 906