Məktəbli formalarının qiyməti ilə bağlı AÇIQLAMA


20:21     15 Avqust 2017 51b98-tehsil-forma0.jpg

“Yeni tədris ilinin başlamasına az vaxt qalsa da, valideynlər hələki məktəbli formalarını almaq üçün bizə müraciət etmirlər”


Femida.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

“Valideynlər və şagirdlər istirahətdə olduğu üçün məktəbli formalarının alınmasında hələ sıxlıq müşahidə edilmir. Hər kəs işini axırıncı günə saxlayır. Sentyabrda dərslərin başlamasına 5-10 gün qalmış hamının yadına məktəbli forması almaq düşəcək və sıxlıq müşahidə ediləcək. Bizim mağazalarımız hər gün, şənbə-bazar günləri də fasiləsiz işləyir”.

E.Əzimov qeyd edib ki, bu il məktəbli formalarının model və qiymətlərində hər hansı dəyişiklik olmayacaq: “Mağazalarımızda lazımi qədər məktəbli forması var”.

Femida.az

Açar sözlər:

Oxunub: 863