CHP lideri həbs oluna bilər


14:06     17 Avqust 2017 Kemal_Kılıçdaroğlu.jpg

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər.


Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, buna səbəb kimi K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirakı göstərilir.

İddia olunur ki, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-li millət vəkili Enis Berberoğlu istintaqa ifadəsi zamanı bu materialları ona məhz Kamal Kılıçdaroğlunun verdiyini bildirib.

Qeyd edək ki, məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1074