Füzulidə 5 otaqlı ev yanıb


12:58     21 Avqust 2017 femida%20yangin.jpg

Füzulidə yanğın qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, Füzuli rayonu, Böyük Bəhmənli kəndində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə və evə bitişik ümumi sahəsi 110 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Evin və köməkçi tikilinin qaqlqn hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 627