Füzulidə torpaqlara nəzarət gücləndirilib


14:52     28 Avqust 2017 fuzuli.jpeg

Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunmasına nəzarət gücləndirilib.


İH-dən Femida.az-a daxil olan xəbərə görə, bu məqsədlə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti qrumların, icra nümayəndələrinin, blədiyyələrin və torpaq istifadəçilərinin iştirakı ilə müşavirə və yığıncaqlar keçirilib, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən torpaqların təyinatına uyğun, maksimum səmərəli istifadə olunması məsələləri ətraflı müzakirə olunub.

Torpaq istifadəçiləri ilə keçirilən görüşlərdə torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunub.

Bildirilmişdir ki, Dövlət Qış Otlaq Fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlar yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 fazidən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər.

Keçirilən görüş və yığıncaqlarda bələdiyyə mülkiyyətində, həmçinin şəxsi mülkiyyətdə olan torpaqlardan da maksimum səmərəli istifadə olunması, torpağın, münbitliyinin və məhsuldarlığının artırılması yolları müzakirə edilib, torpaq istifadəçilərinə maarifləndirmə xarakterli məsləhət və tövsiyyələr verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1126