38 dərəcə isti olacaq
13:34 21 Avqust 2017
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 22-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 21-də hava şəraiti əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1595
Oxşar xəbərlər
- 38 minlik qızıl oğurlayan şəxs tutuldu
- 38 İŞİD üzvü edam olundu
- 38 yaşlı hamilə qadın sirkə turşusu içdi - Gədəbəydə
- 38 cinayətin üstü `isti izlər`lə açılıb - DİN məlumat yaydı
- 387 şəxsin ölkədən çıxışına qadağa qoyuldu - SİYAHI
- 38 dərəcə isti olacaq
- 388 bələdiyyə sədri məsuliyyətə cəlb olundu
- 38 saxta diplom aşkarlandı
- 384 PKK terrorçusu ələ keçirilib
- 38 dərəcə isti- Proqnoz