Bakıda qız anasını stəkanla döydü


15:11     21 Avqust 2017 xestexana_8741.jpg

Bakıda qoca qadın qızı tərəfindən döyülüb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib.

Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 1231