Bakıda daha bir yol çökdü - VİDEO


15:12     04 Oktyabr 2017 cokub%20yol.JPG

Bakıda daha bir yol çöküb.


Femida.az xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin bir hissəsində çökmə qeydə alınıb.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli Femida.az-a açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: "Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib".

Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə "Azəravtoyol" ASC-nin və "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. "Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq", - deyə o bildirib.

Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.



Femida.az

Açar sözlər:

Oxunub: 1191