70 sərnişinin olduğu qayıq batıb


02:34     24 Avqust 2017 qayiq%20batdi.jpg

Braziliyanın şimalında, Para ştatı sahillərində göyərtəsində 70 sərnişinin olduğu qayıq batıb.


Reuters agentliyinin verdiyi xəbərə görə, insident nəticəsində ikisi uşaq olmaqla, 7 nəfər ölüb.

Hazırda hadisə yerində polis və xilasedicilər işləyir. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Açar sözlər:

Oxunub: 976