BDU-nun tələbəsi “İnterpol”a axtarışa verildi
21:17 24 Avqust 2017
Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin 4-cü kurs tələbəsi Zəka Mirağayevin axtarışı ilə bağlı “İnterpol”a müraciət edilib.
Bu barədə vəkil Kamandar Nəsibov məlumat verib.
Onun sözlərinə görə, Z.Mirağayevin axtarışı ilə bağlı “İnterpol”a sorğu göndərilib: "Biz onun axtarışı üçün "İnterpol”a sorğu göndərmişik, lakin buna hələlik cavab verilməyib".
Qeyd edək ki, BDU-un İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək həmin fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayevin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyib. O, müraciətində qeyd edib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.
Dekan müavininin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də onun haqqında bir neçə məqalə dərc olunub. N.İsmayılzadə həmin məqalələrdə özü barədə təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar yer aldığını deyib.
Məhkəmə iclasında N.İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim ediblər. Belə ki, dekan müavini tələbənin CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyib. İddia əlavə icraata qəbul olunub.
Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Z.Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış verilib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb. (Report.az)
Femida.az
Oxunub: 3316
Oxşar xəbərlər
- BDU-nun 100 illik yubileyi qeyd ediləcək
- BDU-nun fəaliyyətində nöqsanlar aşkarlanıb
- BDU-nun dosentinə pul `atan` şəxsə HÖKM OXUNUB
- BDU-nun müəllimləri ərəb dilini öyrənir
- BDU-nun 97 yaşı tamam olur
- BDU-nun yataqxanasında intihar
- BDU-nun qalmaqallı mühafizə rəisi işdən çıxarıldı
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü
- BDU-nun tələbəsi ağır qəzada öldü