Söyüşə görə qonşusuna 5 bıçaq vurdu


13:11     25 Avqust 2017 1351597684_bicaqlama_7_700x3904.jpg

Bakının Səbail rayonunda söyüşə görə qonşu qonşusuna 5 bıçaq zərbəsi vurub.


Femida.az -ın "Report"a istinadən xəbərinə görə, Badamdar qəsəbəsi, 3-cü massiv, Dostluq küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi, 1986-ci il təvəllüdlü Əmrahov Əziz Fərman oğlu qonşusuna onun evinə məxsus həyətyanı sahədə dayandığına görə iradını bildirib.
Qonşusu Emin adlı şəxs cavabında onu söyüb. Tərəflər arasında dava düşüb. Nəticədə Emin Ə.Əmrahovun evinə daxil olaraq ona daxilə nüfuz edən 5 bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır. Hazırda hadisəni törədən şəxsin axtarışına başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1175