Meyvə şirəsindən heroin çıxdı


20:13     25 Avqust 2017 hebsxana1.jpg

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilir.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a bildiriblər ki, qurumun Baş İdarəsinin və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş Qəmbərov Soltan Elxan oğluna dostu Masazır qəsəbə sakini Dəmirov Ramil Yavər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman meyvə şirəsi qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdən çəkisi 1,5 qram heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 669