Silah anbarındakı partlayışa görə Bakı-Quba yolu bağlanıb


16:24     27 Avqust 2017 206649_src.jpg

Baş Dövlət Yol Polisi İdarəsi N saylı hərbi hissənin silah anbarında baş verən partlayışla əlaqədar sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

"Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar" - DYP rəsmisi vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 797