Silah anbarında partlayışla bağlı cinayət işi başlandı


22:02     27 Avqust 2017 bash%20prokurorluq.jpg

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.


Femida.az xəbər verir ki, bu, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin silah anbarında baş verən partlayışla əlaqədar yaydıqları birgə məlumatda əksini tapıb.

İstintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 632