İŞİD-in 800 yaraqlısını məhv edilib


23:59     27 Avqust 2017 1438232257_iside-egitim-veren-4-turk-subayi-gozaltina-alindi-iddiasi_1143238_720_400.jpg

Suriya ordusu Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə Qanem-Əli şəhəri ərazisində 800-dən çox İŞİD yaraqlısını məhv edib.


Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmiləri məlumat yayıb.
Qeyd olunur ki, general Həsən Suxelin başçılıq etdiyi hökumət qoşunları İŞİD-in "ən döyüşkən və yaxşı silahlanmış qruplaşma"sını zərərsizləşdirməyə müvəffəq olub.
Həmçinin 13 tank, pulemyot quraşdırılmış 39 yolsuzluq avtomobili, 9 artilleriya qurğusu və minaatan məhv edilib.
İndi hökumət qoşunları Fərat çayının şərq sahili boyunca hücumu inkişaf etdirir.

Açar sözlər:

Oxunub: 786