İŞİD-in son dayaq nöqtəsi də tutuldu


01:32     04 Noyabr 2017 1444818450_isid2.jpg

İraq qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtələrini nəzarət altına alıb.


Femida.az -ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə əməliyyata qatılan "Həşdi Şabi" silahlı qruplaşmasının mətbuat idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, onlar Suriya ilə sərhəddə yerləşən Əl-Kaim şəhərini tam azad ediblər.

Ötən həftə İraqın baş naziri Heydər əl-Abadi Əl-Kaim şəhərinin azad edilməsi ilə bağlı əməliyyatın başlandığını bəyan etmişdi. O, şəhərin terrorçuların son dayaq nöqtəsi olduğunu deyib.

Açar sözlər:

Oxunub: 711