Ucarda yanğın olub


19:18     28 Avqust 2017 fire_yangin_ot_sahesi_020715.jpg

Ucar rayonunda yanğın hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, bu gün səhər saatlarında rayonun Qazyan kəndində kənd bələdiyyəsinə məxsus 1.5 hektar ərazidə kol-kos, yulğun və qamışlıq yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, yanğının yaxınlıqdakı meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 712