Dağıstanda terrorçu məhv edilib


20:27     28 Avqust 2017 71a14a67-a9c1-46cd-87b1-a9a3823d03fa.jpg

Dağıstanın Balyurt qəsəbəsində keçirilmiş antiterror əməliyyatı zamanı Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 1 nəfər öldürülüb.


Rusiya KİV-lərinin yaydığı məlumata görə, hadisə nəticəsində 1 xüsusi xidmət orqanı əməkdaşının öldüyü və daha 2 nəfərin yaralandığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı dəstənin qaldığı 3 evi mühasirəyə alıb və atışma bu zaman başlayıb.

Milli Antiterror Komitəsinin informasiya mərkəzi silahlı dəstəyə qarşı əməliyyatın keçirildiyini təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 753