Dağıstanda hökumət tam tərkibdə istefaya göndərilib


00:58     07 Oktyabr 2017 dagistan0.jpg

Dağıstan Respublikası başçısının səlahiyyətlərini icra edən Vladimir Vasiliyev hökuməti tam tərkibdə istefaya göndərib.


Femida.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə respublika başçısının administrasiyasından bildirilib.
Onlar tutduqları vəzifədə səlahiyyəti müvəqqəti olaraq icra edəcəklər.
Qeyd edək ki, oktyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefa ərizəsini qəbul edib. “Vahid Rusiya” Fraksiyasının rəhbəri Vladimir Vasiliyev onun səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1102