Müəllimlərin işə qəbulunun nəticələri açıqlanıb


14:46     29 Avqust 2017 muellim-640x369.jpg

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.


Təhsil Nazirliyindən Femida.az-a bildirilib ki, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib.

Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, [email protected] və Vətəndaşların Qəbulu Mərkəzivasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 786