Müəllimlərin işə qəbulu prosesi başa çatıb


18:06     09 Sentyabr 2017 tehsil%20n0.jpg

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən xəbərə görə, sentyabrın 7-dən başlayan proses sentyabrın 8-i saat 24:00-dək yekunlaşıb.

Əlavə yerləşdirmədə müsabiqədə müvafiq keçid balı toplamış və vakansiya tutmaq hüququ qazanmayan namizədlər iştirak edib.

Bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunub. Nəticələr gələn həftə ərzində elan ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 740