XİN ABŞ Dövlət Departamentinə etiraz etdi


19:14     02 May 2015 1428524739_hikmet-haciyev.jpg

“ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarında “Dağlıq Qarabağ xalqı” ifadəsinin özünə yer alması düzgün deyil və bu ifadə qəbuledilməzdir”.


Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarını şərh edərkən deyib.

“Ümumiyyətlə, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir”,- deyə nazirliyin sözçüsü vurğulayıb./apa/

Açar sözlər:

Oxunub: 794