İnterpol azərbaycanlını axtarışa verdi


23:57     30 Avqust 2017 wanted-GetPicture-59511572.jpg

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.


Femida.az-ın İnterpolun saytına istinadən verdiyi xəbərə görə, 1964-cü il təvəllüdlü Nəsirov Adil Xəlil oğlu dələduzluqda təqsirləndirilir. Azərbaycanın istintaq orqanı A.Nəsirov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlayıb.

İstintaqdan yayınan A.Nəsirov barəsində məhkəmə qərarı ilə həbs qəti-imkan tədbiri seçilib və axtarış elan edilib. Həmin qərar əsasında da İnterpol A.Nəsirovu beynəlxalq axtarışa verib.

Femida.az

Açar sözlər:

Oxunub: 685