İnterpol Rusiyada qətl törədən azərbaycanlını axtarır


02:41     28 Sentyabr 2017 image854.jpeg

İnterpol Rusiyada qətl törətməkdə günahlandırılan azərbaycanlını beynəlxalq axtarışa verib.
Gürcüstanda doğulan Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Teymur Qəribov Rusiyada adam öldürməkdə ittiham olunur.


T.Qəribov istintaqdan yayındığı üçün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçərək axtarış qərarı çıxarıb.

Rusiya tərəfi həmin qərarı İnterpola təqdim edib və qurum bu qərar əsasında T.Qəribov barəsində beynəlxalq axtarış elan edib. (Trend)

Femida.az

Açar sözlər:

Oxunub: 643