Qazaxda top mərmisi tapılıb


13:00     01 Sentyabr 2017 qazax-rayonu-ceferli-kendi-31.08.2017-1.jpg

Qazaxda top mərmisi aşkarlanıb.


Femida.az-ın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, 30 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu Cəfərli kəndi ərazisində partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

Məlumatın günün sonunda daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu 31 avqust 2017-ci il tarixində həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 85 mm-lik top mərmisi (BR-365) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb, nəticə etibarilə 100 kv.m ərazi yerüstü yoxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1014