Qazaxda benzin daşıyan maşın yanıb


23:54     11 Noyabr 2017 f559b708-89fb-4b5e-aac3-354c3a97d2aa.jpg

Bakı-Qazax magistral yolunda yanacaqdaşıyan avtomobildə yanğın olub.


Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yanğın maşının təkərində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və təcili yardım xidməti cəlb olunub.

Məlumata görə, yanğının qarşısı alınıb. Nəticədə maşına ziyan dəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 754