Qəbələdə meşə yanğınları yeni ərazilərə keçib
20:09 03 Sentyabr 2017
Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Femida.az-a verilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə ETSN və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.
Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.
Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-in 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.
Femida.az
Oxunub: 655
Oxşar xəbərlər
- Qəbələdə alpinistlərin ayaq izləri aşkarlanıb? - Açıqlama
- Qəbələdə 2 otaqlı ev yandı
- Qəbələdə şagird özün asıb
- Qəbələdə güclü külək fəsad törətdi
- Qəbələdə zəlzələ olub
- Qəbələdəki meşə yanğının 80 faizi söndürülüb
- Qəbələdəki yanğın nəzarətə götürülüb
- Qəbələdəki meşə yanğını ilə bağlı SON MƏLUMAT
- Qəbələdəki yanğının söndürülməsinə 500 nəfər cəlb olunub
- Qəbələdəki meşə yanğını genişlənir