Qəbələdə güclü külək fəsad törətdi


23:50     08 Sentyabr 2017 852462ec4b5ac39a332438752b70c8f2.jpg

Qəbələdə yaşayış evinin üstünə ağac aşıb.


Femida.az-ın FHN-in saytına istinadən məlumatına görə, Qəbələ şəhərində güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşan ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülüb. Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 638