Rusiya ABŞ-dan obyektlərini qaytarmağı tələb edir


00:32     04 Sentyabr 2017 rusiya8.jpg

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-a xəbərdarlıq edib.


Femida.az "RİA Novosti"-yə istinadən bildirir ki, Rusiya XİN bəyanat yararaq San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun bariz düşmən aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Rusiya XİN ABŞ hakimiyyətini yenidən düşünməyə və Rusiyanın diplomatik obyektlərini qaytarmağa çağırıb: "Əks təqdirdə qlobal təhlükəsizlikdə mühüm əhəmiyyət daşıyan iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 623