27 yaşlı qız dənizdə batdı


01:42     04 Sentyabr 2017 kürde%20batdi7.jpg


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı bildirilən şəxs - 1990-cı il təvəllüdlü Hacızərova Arzu Nazim qızıdır.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək

Açar sözlər:

Oxunub: 1188