27 yaşlı gənc bıçaqlandı


14:01     30 Noyabr 2017 bicaq53.jpg

Bakıda 27 yaşlı gənc bıçaqlanıb.


Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Rayonun Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında qəsəbə sakini, 1990-cı il təvəllüdlü Səlimov Rəhman İlham oğlu 1993-cü il təvəllüdlü Yusifzadə Kamran Bağı oğlu ilə mübahisə edib. K.Yusifzadə mübahisə nəticəsində R.Səlimovu bıçaqlayıb. K.Yusifzadə R.Səlimova bir neçə bıçaq zərbəsi endirib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 534