Şəmkir sakini döyüldü


14:04     05 Sentyabr 2017 dava%20(2).jpg

Şəmkirdə 19 yaşlı oğlan döyülərək xəsarət alıb.


Rayon sakini 19 yaşlı Emin Qasımov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, E. Qasımov şüşə butulka ilə baş nahiyəsindən vurularaq xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 904