Nazirliyə müraciət edənlərin sayı azalıb
15:05 06 Sentyabr 2017
Cari ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 11 890 müraciət daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, müraciətlər əsasən sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə ilə bağlı sahələri əhatə edib.
Nazirliyin mütəxəssisləri tərəfindən operativ və dolğun şəkildə cavablandırılmış vətəndaş müraciətlərinin 95,7%-i və ya 11 376-sı sorğu xarakterli olub. Həmin sorğularla bağlı qanunvericiliyin müvafiq müddəaları əsasında vətəndaşlara hüquqi izahatlar verilib. Qeyri-sorğu xarakterli müraciətlər isə nazirliyin aidiyyəti bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.
“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında azalma meyli avqust ayında da davam edib. Ay ərzində “Çağrı mərkəzləri” vasitəsilə cavablandırılmış zənglərin sayı iyul ayı ilə müqayisədə 3,9% azalıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir.
Femida.az
Oxunub: 880
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazirliyə 23 mindən çox müraciət daxil olub
- Nazirliyə bir ayda 10 min müraciət edilib
- Nazirliyə edilən zənglərin sayı azalıb
- Nazirliyə yeni bina tikilir
- Nazirliyə 7 milyondan çox müraciət edilib
- Nazirliyə 18 mindən artıq müraciət olub
- Nazirliyə 6 milyona yaxın müraciət daxil olub
- Nazirliyə 23 minə yaxın zəng gəldi
- Nazirliyə müraciət edənlərin sayı artıb