Həmməruzəçilərin Bakıya səfəri başlayır


17:28     09 Sentyabr 2017 ashpa_meruzechi1504025439.jpg

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana gələcəkləri vaxt məlum olub.


Milli Məclisindən Femida.az-a verilən məlumata görə, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar.

Həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delsin Freyman da Azərbaycana səfər edəcək. Səfər zamanı AŞPA Monitorinq Komitəsinin katibi və həmməruzəçiləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri , Milli Məclisin sədri Oqtay Əsədovla və rəhbər vəzifəli şəxslərlə görüşlər keçirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 549