Həmməruzəçilərin Bakıya səfəri başlayır


14:26     13 Sentyabr 2017 aspa%20me.jpg

Bu gündən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri başlayır.


Femida.az-ın məlumatına görə, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar.

Həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delfin Freyman da Azərbaycana səfər edəcək.

Səfər zamanı AŞPA Monitorinq Komitəsinin katibi və həmməruzəçiləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri , parlamentin sədri Oqtay Əsədovla və rəhbər vəzifəli şəxslərlə görüşlər keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 642