Türkiyəli keçmiş nazir həbs olundu - ABŞ-da


20:55     09 Sentyabr 2017 bank%20hebs.jpg

ABŞ-da Nyu-York prokurorluğu Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın həbsi barədə qərar qəbul edib.



Bu barədə Türkiyə KİV-ləri yazır.

Bundan başqa, “Xalq Bank”ın (Türkiyə) keçmiş rəhbəri Süleyman Aslanın həbsi barədə də qərar verilib.

Qeyd edək ki, bir neçə gün öncə Nyu-York prokurorluğu türkiyəli keçmiş nazir barəsində İran iqtisadiyyatının inkişafına dəstək göstərmək, eləcə də çirkli pulların yuyulması ittihamları ilə cinayət işi qaldırmışdı.

Açar sözlər:

Oxunub: 825