Türkiyəli general Azərbaycandakı aviabazaları ziyarət edib


15:35     01 Dekabr 2017 8ce8774e76a3f0896cf28171e245a30f.jpg

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


MN-dən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib.

Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1009