Misirdə 11 terrorçu ölüm cəzasına məhkum edilib


00:34     10 Sentyabr 2017 hokm%20oxu.jpg


Cizə Cinayət Məhkəməsi (Misir) terror yuvası təşkil edilməsi ilə bağlı cinayət işi üzrə 11 müttəhimin barəsində ölüm hökmlərini ölkənin ali müftisinin təsdiqinə verib.

Femida.az Azərtac-a istinadən xəbər verir ki, yerli KİV-lərin verdiyi məlumata görə, Misir paytaxtının Cizə rayonunda terror yuvası təşkil edilməsi ilə bağlı cinayət işi üzrə 26 şəxs keçir. Onlardan 5 nəfəri qiyabi mühakimə olunur.

Gözlənildiyinə görə, müttəhimlər barəsində qəti hökm oktyabrın 22-də çıxarılacaq.

Bütün müttəhimlər terror aktları törətməyi, həmçinin dinc sakinlərin, polis əməkdaşlarının və hərbçilərin qətlə yetirilməsini planlaşdıran terror qrupu yaratmaqda ittiham edilir. Qrup üzvləri bir neçə dəfə polis işçilərinə hücum, silah oğurluğu, partlayıcı maddələr hazırlanması, ictimai əmlaka və dövlət əmlakına ziyan vurulması və digər cinayətlər törədiblər.

Femida.az

Açar sözlər:

Oxunub: 673