Misirdə ara qarışdı - 58 ölü, 15 yaralı var


13:44     21 Oktyabr 2017 misir%20silahli.jpg

Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma baş verib.


Femida.az xəbər verir ki, silahlı toqquşma nəticəsində Misir xüsusi təyinatlı polisin təhlükəsizlik xidmətinin 58 əməkdaşı ölüb, 15-i isə yaralanıb.

Belə ki, polis əməkdaşları rayonda gizlənən terrorçuları həbs etmək istəyən zaman terrorçular odlu silahlardan, o cümlədən ağır silahlardan istifadə edərək polisləri atəşə tutublar. Hazırda hadisə yerində cinayətkarların axtarışı aparılır. Axtarış ücün helikopterlər cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 902