Meksikada ölənlərin sayı 90 nəfərə çatıb


13:51     11 Sentyabr 2017 meksika%20tecili.jpg

Meksika sahillərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.


Femida.az--ın "TASS"a istinadən verdiyi məlumata görə, Oahaka ştatında 71 nəfər, Çyapas ştatında 15 nəfər, Tabasko ştatında isə 4 nəfər həlak olub.

Qeyd edək ki, sentyabrın 7-dən 8-nə keçən gecə baş verən zəlzələ 8,2 bal gücündə olub. Meksika prezidenti bu zəlzələni son 100 ildə ən güclü adlandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 687