Mingəçevirdə həkim döyüldü
01:59 29 Avqust 2015
Mingəçevir şəhərində vəfat edən insanın qardaşı həkimə hücum edərək ona ağır bədən xəsarətləri yetirib. Femida.az-ın xəbərinə görə, Mingəçevir şəhər sakini, 1968-ci il təvəllüdlü İlyasov Bilal İlyas oğlunun vəziyyəti ürək xəstəliyi ilə əlaqədar qəflətən pisləşdiyi üçün onun yaxınları Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimini evə dəvət ediblər. Həkim xəstəyə ilkin tibbi yardım göstərsə də, xəstə dünyasını dəyişib.
Mərhumun qardaşı Fəxrəddin İlyasov həkim Mikayıl Əliyevə hücum edərək xəstənin ölümündə onu günahlandırıb, həkimin baş və bədən nahiyəsinə yumruq zərbələri endirib. Həkim əsasən gözündən ağır xəsarət alıb.
Mərkəzi şəhər Xəstəxanasında tibbi yardım alan həkim hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.(Apa)
Oxunub: 785
Oxşar xəbərlər
- Mingəçevirdə 4 otaqlı ev yanıb
- Mingəçevirdə yataqxanada yanğın: 17 nəfər təxliyə olunub
- Mingəçevirdə kişi meyiti tapıldı
- Mingəçevirdə kişi meyiti tapılıb
- Mingəçevirdə güclü yanğın - 10 nəfər təxliyyə olunub
- Mingəçevirdə iş adamını döyən şəxslər saxlanılıb
- Mingəçevirdə sex yanıb
- Mingəçevirdə maşınlar toqquşdu
- Mingəçevirdə üçəm qız dünyaya gəlib
- Mingəçevirdə kişi meyiti tapıldı