Qayınatasının şikayətinə görə həbs edilən polis azadlığa buraxıldı


15:36     13 Sentyabr 2017 hebs%20(1)52.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluda təqsirləndirilən sabiq polis əməkdaşı Ceyhun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, C. Hüseynov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 


İttihama görə, Ceyhun Hüseynov qayınatası Əbuzər Əhmədova qarşı dələduzluq edərək onun külli miqdarda pulunu ələ keçirib. C.Hüseynov qayınatasından əvvəlcə iş görmək adı ilə pul alıb, daha sonra isə Rusiyada yaşayan qayınatasının ev almaq üçün ona göndərdiyi pulu ələ keçirib. İş üzrə zərərçəkmiş ikinci şəxs isə Ceyhun Hüseynovun baldızı Lalə Əhmədovadır.


Lalə Əhmədova qızıllarının C.Hüseynov tərəfindən ələ keçirildiyini iddia edib.

Femida.az

Açar sözlər:

Oxunub: 535