Qayınatasının evini soyan şəxsə hökm oxundu


17:18     27 Sentyabr 2017 big_1418802703_hokm.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Əkbərov Niyaməddin Sahəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, Hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, N. Əkbərov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Niyaməddin Əkbərov qayınatasının evindən 5 min 800 manat dəyərində geyim əşyalarını oğurlamaqda təqsirli bilinərək həbs edilib.
N.Əkbərov qayınatasının şikayəti əsasında saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 584