Lapşin İlham Əliyevə məktubunda Qarabağla bağlı nə yazıb?
21:12 13 Sentyabr 2017
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 11 sentyabr tarixli sərəncamı ilə əfv edilmiş İsrail vətəndaşı Aleksandr Lapşin dövlətimizin başçısına minnətdarlıq məktubu göndərib.
Femida.az Azərbaycan Prezidentinin saytına istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə 3 il azadlıqdan məhrum edildiyini xatırladan A.Lapşin məktubunda yazır:
“Bu gün xəbər tutdum ki, Siz mənim əfv edilməyim barədə sərəncam imzalamısınız. Buna görə Sizə hədsiz minnətdaram. Yəqin ki, ömrümdə heç bir hadisəni bu dərəcədə səbirsizliklə gözləməmişdim”.
Öz əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirən A.Lapşin qeyd edir ki, Dağlıq Qarabağa gedərkən onda həmin regionda və onun ətrafında baş verən hadisələr barədə mötəbər məlumat olmayıb. İndi isə Qarabağın əzəli Azərbaycan torpağı olduğuna və olacağına dair təkzibedilməz faktlara malikdir. O, ümid etdiyini bildirir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənəcək.
Məsuliyyətsiz hərəkətlərinə görə bir daha peşmançılıq hiss keçirdiyini vurğulayan və göstərilən humanistliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən A.Lapşin məktubunu bu sözlərlə tamamlayır:
“İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uzun ömür, cansağlığı, daha artıq firavanlıq və işğal edilmiş ərazilərinizin tezliklə azad olunması arzularımı bildirim”.
Femida.az
Oxunub: 2341
Oxşar xəbərlər
- Lapşin Ermənistana gedir
- Lapşin Azərbaycanı tərk etdi
- Lapşin İlham Əliyevə təşəkkür etdi
- Lapşinin anası Bakıya gəlir
- Lapşinin əfvi humanist məqsədlə atılmış növbəti addımdır - Fuad Ələsgərov
- Lapşinin ekstradisiyası üçün müraciət daxil olmayıb - Nazirlik
- Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib
- Lapşin cəzasını öz ölkəsində çəkmək istəyir - Vəkil
- Lapşin ərizə yazıb - Ekstradisiya olunmaq üçün
- Lapşinin ekstradisiyası hələlik mümkün deyil