100 minlik oğurluğa 10 il cəza


18:00     14 Sentyabr 2017 manat35.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Əli Novruzovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Ə.Novruzov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki Ə.Novruzov paytaxtda bir neçə mənzildən qızıl-zinət əşyaları və nəğd pullar oğurlayıb. O, zərərçəkənlərə ümumilikdə təxminən 100 min manat ziyan vurub.

Femida.az

Açar sözlər:

Oxunub: 866