Mübariz Qurbanlı ilə Şeyx arasında fikir ayrılığı - Azan səsinə görə
19:00 14 Sentyabr 2017
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.
Femida.az xəbər verir ki, M. Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.
O qeyd edib ki, buna nəzarət eləmək lazımdı: “Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur".
M. Qurbanlı əzadarlıqla bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq aradan qaldırılsın.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə dövlətin qanuni səbəb olmadan məscid ərazisinə müdaxilə etməsinin düzgün olmadığını bildirib.
"Cinayət tərkibli, terror və s. bu tipli hadisələr olmadığı təqdirdə dövlət məscid ərazisinə müdaxilə etməməlidir. Məscid dindarlara, din xadiminə verilən yerdir. Orada ibadətin necə ediləcəyi onlardan asılıdr, kənardan müdaxilə düzgün deyil”, - deyə A. Paşazadə qeyd edib.
Femida.az
Oxunub: 4790
Oxşar xəbərlər
- Mübariz Qurbanlı qəbul keçirib
- Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına gedir
- Mübariz Qurbanlı vətəndaşlarla görüşəcək
- Mübariz Qurbanlı yepiskopla görüşüb
- Mübariz Mənsimov gəmiyə Natiq Əliyevin adını verdi
- Mübariz Qurbanlı səfirlə görüşüb
- Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
- Mübariz İbrahimovun ad günündə `doğulan` Milli Qəhrəman - Çingiz Qurbanovun həyat yolu
- Mübariz İbrahimovun doğum günüdür
- Mübariz Mənsimov Trampla görüşdü - ABŞ-da ofis açdı