Mübariz Qurbanlı qəbul keçirib


19:00     29 Noyabr 2017 7e9baa60-4bfb-41a4-ab10-3edafcd6e168.jpg

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Neftçalada vətəndaşları qəbul edib.


Qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda komitə sədri Mübariz Qurbanlı Neftçala, Şirvan, Hacıqabul, Salyan və Biləsuvar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi, məscidlərin dini təyinatlı kitablarla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 802