Bir gündə 91 cinayət törədilib


02:34     15 Sentyabr 2017 cinayet%20bicaq2.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 576