Moskvada erməni təxribatının qarşısı alındı


17:17     15 Sentyabr 2017 1-2_1505464958.jpg

Sentyabrın 11-də "Worldfood Moscow" beynəlxalq ərzaq sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının yerləşdirilməsinə cəhd edilib.


İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, ölkəmizin Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı "ITE Group" da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.

Femida.az

Açar sözlər:

Oxunub: 1013